Samir Abasov:

Samir Abasov: "Onu bizə calamaq istəyirdilər"

"Ramil Şeydayevin özünə, karyerasına hörmətimiz var".

Sport7.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində Azərbaycan millisi və "Sabah" klubunun futbolçusu Ramil Şeydayevin flaqmana transfer olacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

43 yaşlı mütəxəssis 25 yaşlı forvardın komandası ilə müqaviləsi olduğunu xatırladıb: "Ona görə də indi bu barədə nə isə danışmaq etik olmaz".

Abasov adı "Neftçi" ilə hallanan "Qəbələ"nin hücumçusu Ceyms Adeniyinin "ağ-qaralar"a keçmək ehtimalına da toxunub: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi. Nə onunla, nə də adları çəkilən digər hücumçularla maraqlanırıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR