Samir Abasov: "... uşaqlarla başqa cür danışardım"

Samir Abasov:
Topaz Premyer Liqasının XX turunda "Sumqayıt" öz meydanın "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. 
 
Sport7.az xəbər verir ki, oyundan sonra Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abasov matç haqda fikirlərini səsləndirib. 

Rəqib sözün yaxşı mənasında məni təəccübləndirdi. Yaxşı oynadılar. Bizə gəldikdə öz oyunumuzu tapa bildik və qələbə qazandıq. Sağ olsun uşaqlar. Əllərindən gələni etdilər. Xoş bir haldır ki, gözəl komanda yığılıb. Ehtiyatda oturan oyunçular oynayanlardan çox sevinir. Yığmaya gedən oyunçular var. 3-4 günlük istirahətdən sonra yığışacağıq.

- "Zirə"nin nəticəsi bəllidi. Ola bilər ki, komanda qələbəni istədiyi üçün "yandı"?
- Əlbəttə, beynimizdə hökmən udmalıyıq fikri vardı. Ona görə də həyəcan, tələskənlik vardı. Qələbə olmasaydı uşaqlarla başqa cür danışardım.

- 3-cü pillə komanda üzərində təzyiq yaratmayacaq ki?
- Təzyiq olacağına inanmıram. Uşaqlar qarşıya hədəf qoyub. "Qəbələ"nin də necə rəqib olduğunu bilirsiz.

- Rəşad bütün standart vəziyyətlərə özü yaxınlaşırdı. Bu tapşırıq idi?
- Bunu ona tapşırmamışıq. Sadəcə dayaq yarımmüdafiəçilərdən çox şey istəyirik.
 
Sport7.az

Xəbər lenti