Samir Cəbrayılovdan Tokioya lisenziya xalları

Samir Cəbrayılovdan Tokioya lisenziya xalları

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı "Qara Dəniz Turu” start götürüb.
 
Sport7.az xəbər verir ki, yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız da mübarizə aparır.

Veloturun 120 km-lik 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb – Samir Cəbrayılov finişi 2-ci, Elçin Əsədov isə 6-cı keçib. Bundan başqa, Elçin Əsədov bu mərhələdəki iki aralıq sprint finişindən birini də götürməyə nail olub.

Mərhələni 2-ci bitirən Samir Cəbrayılov bununla həm də Tokio-2020 Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə daha 3 lisenziya xalı qazandırıb. Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər bir yarış - "Tour of Mesopotamia”da Elçin Əsədov ümimi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR