Samir Ələkbərov:

Samir Ələkbərov: "Veteranlar İttifaqının sədrinin kim olduğunu bilmirəm"

Sabah Oqtay Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Futbol Veteranları İttifaqının hesabat konfransı keçiriləcək.

Düzdü, ittifaq sözünün qarşısında "veteranlar" yazılsa da bu heç də hər bir veteranı əhatə etməyib. Məsələ burasındadı ki, konfransa heç də  bütün veteranlar dəvət almayıb. Bununla yanaşı Veteranlar İttifaqının fəaliyyəti də birmənalı qarşılanmır. 

Bu üzdən veteranlarla danışıb fikirlərini öyrəndik. Sport7.az-a açıqlam verən "köhnə" futbolçular bunları söylədi.

Yunis Hüseynov: "Bəli məni də Veteranlar İttifaqının konfransına dəvət ediblər və gedəcəm. Veteranlar İttifaqının fəaliyyəti ilə bağlı fikirlərimə gəlincə, nə deyə bilərəm (gülür)? Veteranlarıq, bir yerə yığışmışıq. Münasibətlərimiz normaldı. Danışırıq, gülürük. Kimin nə problemi varsa deyir. Şükürlər olsun, hələ ciddi problemim yoxdu ki, müraciət edim. Allah uzaq eləsin, problemim olsa müraciət edərəm. Düzdü, işsizəm. Guya kim işləyir ki? Bilirsiz necədi, hamı işləsə, mən kənarda qalsam o başqa. Amma bu dəqiqə futbol aləmində iş var ki? 8 komandadı vəssalam, bitdi. Başqa nə var ki? 16 komanda olsaydı, deyərdim ki, bizi dəvət etsinlər, işləyək. İşsiz məşqçilərimiz çoxdu, o cümlədən də mən. İnşallah iş tapılar, işləyərik, ümidlə yaşayırıq. Maşallah, hələ cavanıq nə olub ki? Min cavana dəyərik.
Hesabat Konfransında ideya vermək? Əslində, bilmək istəsəz ideyaların çoxunu mən vermişəm. Lakin xırdalamaq istəmirəm (gülür). Mən dediyim kimi deyil, başqa formada edirlər. Düzgün işləmək lazımdı. İdeya sırf Azərbaycan futbolu ilə bağlıdı. Fikirləşəcəm, yenə bir ideyam olsa sabahkı iclasda deyəcəm. İdeya vermişəm, nə olsun ki? Ancaq işləmirlər. Buna baxmayaraq yeni fikirlər söyləməyə çalışacam. Hələ bu haqda düşünəcəm".

Samir Ələkbərov: "Xeyr məni konfransa dəvət etməyiblər. Veteranlar İttifaqının fəaliyyəti ilə bağlı fikir bildirə bilmərəm. Bunu özlərindən soruşun. Kim harda nə edir, mənə maraqlı deyil. Yalnız bu suala cavab verə bilərəm ki, məni heç bir tədbirə dəvət etmirlər. Həqiqətən də onların fəaliyyətindən xəbərim yoxdu. İttifaqın sədrinin kim olduğunu da bilmirəm, heç nədən xəbərim yoxdu. Sual mənə aid deyil".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR