Samir Əliyev: "Qarabağ" üçün çətin olacaq"

Samir Əliyev:
Veteran futbolçu, "Səbail"in sabiq baş məşqçisi Samir Əliyev "Qarabağ"ın "Olimpiya" ilə oyunu haqda fikirlərini söyləyib.

Samir bəy Sport7.az-a açıqlamasında bunları deyib.

"Çempionlar Liqasında asan rəqib olmur. "Qarabağ" üçün çətin olacaq. Amma inanıram ki, öhdəsindən gələcək və daha da irəli gedəcək. Bir neçə futbolçunu komandanı tərk etməsinə baxmayaraq, yenilər cəlb olunub. Yəqin ki, rəqibin də heyətində dəyişikliklər edilib. İnanaq ki, "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıdacaq və mərhələ adlayacaq. 

Məncə ilk mərhələdə çətinlik olmayacaq. Çünki Ozobiçlə yanaşı Mahir də hücumda oynaya bilir. Komandalar var ki, hücumçusuz oynayır, amma 3-4 qol vurur. Müasir futbolda qolları təkcə hücumçular vurmur. Mərkəz və müdafiə xəttinin etibarlı olması "Qarabağ" üçün məncə kifayət edər. Əlbəttə, hücumu da yaddan çıxarmaq lazım deyil. Yəqin ki, problem olmaz. Hər halda Qurban Qurbanov bizdən daha yaxşı bilər".

Sport7.az

Xəbər lenti