Samir Əliyev: "Qarabağ"dan qələbə gözləyirəm"

Samir Əliyev:
Məşqçi Samir Əliyev "Qarabağ"ın doğma meydanda "Kukesi" ilə görüşəcəyi matçla bağlı fikirlərini bildirib.

Samir bəy Sport7.az-a açıqlamasında bunları söyləyib:

"İnşallah, hamı kimi, "Qarabağ"dan qələbə gözləyirəm. Təəssüf ki, 3 klubumuz Avroliqada mübarizəni erkən dayandırdı. Düzdü asan olayacaq. Amma istərdim ki, "Qarabağ" keçsin. Səfərdə sərfəli nəticə qazanıblar. Komandanın necə oynamaq lazım olduğunu deməyim düzgün deyil. Çünki illərlə Avroliqanın, Çempionlar Liqasının qrupunda işləmiş bir məşqçi var, Qurban Qurbanov. Necə oynamaq lazım olduğunu hamımızdan daha yaxşı bilir, çünki bu yolu keçib artıq. Ümumiyyətlə fikir bildirməyim düzgün deyil. Sadəcə, uğurlar arzulayıram və "Qarabağ"ın mərhələni keçəcəyinə inanıram".

Sport7.az

Xəbər lenti