Samir Əliyevə 5 oyunluq cəza

Samir Əliyevə 5 oyunluq cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Sport7.az xəbər verir ki, iclasda XXVI Topaz Premyer Liqasının XXVII turunda baş verən qayda pozuntuları müzakirə olunub. 

"Neftçi” – "Səbail” matçının 43-cü dəqiqəsində "Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub. 

Sport7.az

Xəbər lenti