Samir Musayev: "Öz məşqçilərimiz qalmalı idilər"

Samir Musayev:
Yığmamızın sabiq üzvü, veteran futbolçu Samir Musayev Nikola Yurçeviçin təyinatı ilə bağlı fikirlərini söyləyib. 

Musayev Sport7.az-a açıqlamasında əsas yığmaya yeni baş məşqçi təyinatı ilə yanaşı aşağı yaş qruplarında baş verən dəyişikliklərə münasibətini bildirib: "İnşallah, bizə xeyri olar. Amma digər tərəfdən baxanda, istiyirsiz nəticəsi olan məşqçi gətirilsin, yenə hər şey əlimizdəki futbolçulardan asılıdı. Həm əsas, həm də aşağı yaş qruplarından ibarət komandaların da məşqçilərinə də aiddi. Əlimizdəki futbolçulardan, bir də yığmaların yaxşı olması üçün, çempionatımızın səviyyəsindən çox şey asılıdı. Ona görə də həm aşağı yaş qruplarına dəvət edilən, həm də əsas yığmaya təyin olunan məşqçilər üçün çox çətin olacaq".

Samir bəy yığmada yerli məşqçilərin işləməsinin tərəfdarı olduğunu da bildirdi: "Əlbəttə, öz məşqçilərimiz qalmalı idilər. Çünki onlar futbolçularımızı tanıyırdılar. Aşağı yaş qruplarına kimləri dəvət edəcəklərini, hansı uşaqların potensiallı olduqlarını bilirdilər. Məşqçilərlə daimi ünsiyyətdə idilər, maraqlanırdılar. Ancaq, yeni məşqçilər üçün çox çətin olacaq. Ona görə də yerli məşqçilərin qalması daha məqsədəuyğun idi. Səmimi deyin AVRO-2020-nin final mərhələsinə düşməyimiz çətindi. Düzdü, hamı qrupdan çıxmaq istəyərdi. Amma hazırda Azərbaycan üçün bu çox çətindi. Həm klublarımızın, həm də yığmalarımızın beynəlxalq arenalardakı çıxışları çempionatdakı oyunların səviyyəsindən və futbolçulardan asılıdı. Nə qədər çox istəsək də, əlimizdəki futbolçularla uzağa gedə bilmərik".

Səbuhi Nərimanoğlu

Xəbər lenti