Sanenin Bundesliqa klubuna keçidi dəqiqləşdi

Sanenin Bundesliqa klubuna keçidi dəqiqləşdi

"Mançester Siti"nin futbolçusu Leroy Sanenin Almaniaya gedəcəyi dəqiqləşib.
 
Sport7.az xəbər verir ki, "Bavariya" ilə danışıq aparan futbolçu ilə transferin son detallarını həll edilib. Bununla yanaşı Sane ilkin tibbi müayinədən də keçib. Alman futbolçu Münhen klubunda ilinə 17 milyon avro maaş alacaq. Müqavilə 5 il müddətinə nəzərdə tutulub. 
 
Müqaviləyə əsasən ümumi məbləğdən 50 milyon avro 24 yaşlı futbolçuya dərhal ödəniləcək. Daha sonra 10 milyon avro bonus da nəzərdə tutulub. 
 
Sane Xosep Qvardiolanın komandasında bu mövsüm cəmi 1 matça çıxıb və zədə səbəbindən qalan oyunları buraxmalı olub. 
 
"Bavariya" bu mövsüm də Bundesliqanın qalibi olub. "Mançester Siti" isə Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR