“Şans versək, oynayanlardan geri qalmayacaqlar” – Ayxan Abbasov

“Şans versək, oynayanlardan geri qalmayacaqlar” – Ayxan Abbasov

"Maraqlı oyun oldu. Rəqibin son 2 görüşdəki performansı göz önündə idi. Biz isə sevinirik ki, ardıcıl ikinci qələbəni qazandıq. İnanırıq ki, get-gedə daha yaxşı olacaq və azarkeşlərimizi sevindirəcəyik".

Sport7.az xəbər verir ki, bunu "Sumqayıt"in baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər oyuna uduzmamaq üçün çıxırlar: "Hər dəfə komandama inandığımı deyirəm. Digər məqsədimiz gəncləri yetişdirərək, ölkə futboluna qazandırmaqdır. Heyətimizdə elə futbolçular var ki, nə zaman şans versək, onlar oynayanlardan geri qalmayacaqlar".

Abbasov yeni transfer Cavid İmamverdiyevin tezliklə əvvəlki formasına düşəcəyini və yenə sumqayıtlı azarkeşlər tərəfindən seviləcəyini vurğulayıb. Onun sözlərinə görə, İmamverdiyev öz üzərində işləsə, milli komandaya yüksələ bilər”. (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR