Santi Kasorla 2015-ci ildən bəri ilk dəfə yığmaya çağrılıb

Santi Kasorla 2015-ci ildən bəri ilk dəfə yığmaya çağrılıb

Farer adaları və İsveçlə oynanılacaq qarşılaşmalar ərəfəsində İspaniya millisinin heyəti açıqlanıb.

Luis Enrikenin siyahısında "Vilyarreal"ın yarımmüdafiəçisi Santi Kasorlanın olması diqqət çəkib. Təxminən iki il müddətinə futboldan uzaq düşən və axilles vətərindən 10-a yaxın əməliyyat keçirən 34 yaşlı futbolçunun bir zamanlar yaşıl meydanlara yenidən qayıtması belə imkansız görünürdü. O, sonuncu dəfə 2015-ci ildə yığmaya çağrılmışdı.

İspaniya millisinin heyəti aşağıdakı kimidi:

Qapıçılar: Kepa Arrisabalaqa, David de Xea, Pau Lopes;

Müdafiəçilər: Serxio Ramos, Xesus Navas, Dieqo Lyorente, Daniel Karvaxal, Mario Ermoso, İnyiqo Martines, Xose Qayya, Jordi Alba, Serji Roberto;

Yarımmüdafiəçilər: Santi Kasorla, Dani Parexo, Rodri Ernandes, Serji Buskets, Fabian Ruis;

Hücumçular: Mikel Oyarsabal, Rodriqo, Yaqo Aspas, Alvaro Morata, Marko Asensio, İsko.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR