Şanxay (ATP): Medvedyev Zverevi məğlub etdi və karyerasının 7-ci titulunu qazandı

Şanxay (ATP): Medvedyev Zverevi məğlub etdi və karyerasının 7-ci titulunu qazandı

Çinin Şanxay şəhərində keçirilən, "Masters" seriyalı turnirə yekun vurulub.

Finalda Daniil Medvedyev və Aleksandr Zverev üz-üzə gəlib. 1 saat 14 dəqiqə davam edən oyun rus tennisçinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Medvedyev 2019-cu ildə 4-cü, ümumilikdə isə karyerasının 7-ci titulunu qazanıb.


Rolex Shanghai Masters (Masters 1000)

Şanxay, Çin

Final

Daniil Medvedyev (Rusiya) - Aleksandr Zverev (Almaniya) - 2:0 (6:4, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR