"Şapekoense"dən Kolumbiyaya jest - FOTO

2016-cı ildə təyyarə qəzasından sonra komandanın yarısını itirən Braziliya klubu "Şapekoense" yeni formalarını təqdim edib.
 
Sport7.az xəbər verir ki, formanın üzərində Kolumbiya bayrağının rənglərinə də yer verib.
 
Braziliya təmsilçisi qəzadan sonra böyük dəstək gördükləri Kolumbiyaya təşəkkür məqsədi ilə bu jesti edib.
 
"Sudamerika Kuboku"nun finalında "Atletiko Nasional"la qarşılaşmaq üçün Kolumbiyaya gedən "Şapekoense"ni daşıyan təyyarə Medellin yaxınlığında qəzaya uğrayaraq 70-dən çox insanın ölümünə səbəb olmuşdu.
 
Yaşanan qəzanın artından "Sudamerika Kuboku"nu qalibi adı məhz "Şapekoense"yə verilmişdi.
 
 

Sport7.az 

Xəbər lenti