"Şapokoense" yenə qəzaya düşdü

"Şapekoense" klubu yenidən fəlakətlə üzləşib.

Sport7.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb. 

Komanda Libertadores Kuboku çərçivəsində səfərdə "Lanus”la oyundan (Argentina) qayıdarkən təyyarə həyəcanı yaşayıb. Təyyarə Portu-Aleqri şəhərindəki hava limanına məcburi eniş etməli olub.
 
Səbəb kimi Şapeko aeroportunun "hava gəmisi”ni qəbul etməyə hazır olmaması göstərilib. 
 
Xatırladaq ki, ötən il noyabrın 29-da "Şapekoense”ni Kolumbiyaya aparan təyyarə Medellin Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğrayıb və 76 nəfər həlak olub.
 
Sport7.az

Xəbər lenti