Şarapova ilk mərhələdə mübarizəni dayandırdı

Şarapova ilk mərhələdə mübarizəni dayandırdı

Monrealda keçirilən "Rogers Cup" turnirində qadınların mübarizəsində ilk mərhələnin oyunları keçirilir.

Mariya Şarapova Anett Kontaveytlə qarşılaşıb. 2 saat 42 dəqiqə davam edən görüş estoniyalı tennisçinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Rogers Cup (Premier 5)

Monreal, Kanada

Qadınlar

Birinci mərhələ

Anett Kontaveyt (Estoniya) - Mariya Şarapova (Rusiya) - 2:1 (4:6, 6:3, 6:4)


Mariya Şarapova sonuncu dəfə "Vimbldon"da iştirak etmişdi. Rus raketka ustası "böyük dəbilqə" seriyalı turnirdə də mübarizəni ilk mərhələdə dayandırmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR