Şarapova karyerası ərzində 325 milyon dollar qazanıb

Şarapova karyerası ərzində 325 milyon dollar qazanıb

Dünyanın sabiq "bir nömrə"si, ötən gün professional tennislə vidalaşdığını açıqlayan Mariya Şarapova karyerası ərzində 325 milyon dollar (38 milyon dollar mükafat puludu, qalan hissə sponsorluq və biznes gəlirləridi - Sport7) qazanıb. Bu barədə "Forbes" məlumat yayıb.

Bu, qadın tennisi tarixində ikinci göstəricidi. Şarapova sadəcə Serena Vilyamsdan (350 milyon dollar) geri qalır.

Rus tennisçi ardıcıl 11 il (dopinqə görə diskvalifikasiya olunduğu 2016-cı ilə qədər - Sport7) dünyanın ən çox qazanan qadın idmançısı olub. Nümayiş xarakterli matçlarda iştirakına görə ona yarım milyon dollar ödəniş edilirdi.

2012-ci ildə Şarapova "Sugarpova" adlanan şirniyyat markasını yaratmışdı. Ötən il sözügedən şirkətin dövriyyəsi 20 milyon dollar olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR