Şarapova raketkasını hərraca çıxardı

Şarapova raketkasını hərraca çıxardı

Karyerasını başa vuran tennisçi Mariya Şarapova koronavirusla mübarizədə həkimlərə dəstək olub.

Sport7.az xəbər verir ki, 33 yaşlı sabiq tennisçi sosial şəbəkədə raketkasını hərraca çıxardıcağını açıqlayıb. Tender aprelin 19-da başa çatacaq. Gəlir Sərhədsiz Həkimlər təşkilatına veriləcək.

"Mənim üçün bu hərracda iştirak böyük şərəfdir. Raketkanı şəxsən özüm imzalamışam. Onunla keçən il oynamışam" deyə Şarapova bildirib. 

Mariya Şarapova fevralın 26-da karyerasını başa vurduğunu açıqlayıb. O, Qadın Tennnisçilər Assosiasiyasının (WTA) 39 turnirinin, o cümlədən, WTA-2014-ün yekun çempionatının qalibi olub. Şarapova fərdi mübarizədə 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR