Şarapova və Nişikori 1/8 finalda

Şarapova və Nişikori 1/8 finalda

Avstraliya Açıq Çempionatının ilk 1/8 finalçıları məlum olub. Mariya Şarapova (Rusiya) və Kei Nişikori (Yaponiya) onlar arasındadırlar.

Sport7.az xəbər verir ki, Şarapova Lauren Davis (ABŞ) üzərində qələbə qazanıb. Şarapova Davisi yalnız üç setdə keçə bilib. Şarapova qələbə üçün kortda 2 saat 14 dəqiqə mübarizə aparıb. Matç Mariyanın 6-1 6-7 (5/7) 6-0 hesablı qələbəsi ilə yekunlaşıb. Şarapova matçda tam 16 eysə imza atıb. Bu qələbə sahəsində Mariya karyerasının 600-cü qələbəsini qazanmış olub.

Nişikori 1/8 final yolunda ispaniyalı Qilyermo Qarsiya-Lopezi məğlub edib. Nişikori dörd setin yekununda keçib. Kei 2 saat 48 dəqiqəyə 7-5 2-6 6-3 6-4 hesbaı ilə qələbə qazanıb. Nişikori matçda 5 eysə imza atıb, 1 ikili səhvə yol vermişdir. 38 sadə səhvə yol verən Kei, 33 vinners ilə fərqlənə bilib. Matçda 243 xal oynanılıb və Kei 128 xalı hesabına yazıb.

Günün qalibləri arasında Serena Uilliams (ABŞ), Marqarita Qasparyan (RUS), Aqneşka Radvanska (Polşa), Karla Suarez Navarro (İspaniya), Belinda Bençiç (İsveçrə), kişilərdən Rocer Federer (İsveçrə), Jo-Uilfred Tsonqa (Fransa), Tomaş Berdıx (Çexiya) və Novak Cokoviç (Serbiya) kimi dünya ulduzları var.

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR