Sarri

Sarri "Çelsi"dən göndərilmək təhlükəsi ilə üz-üzə

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri mövsümün sonunda komandadan göndərilə bilər.

"La Gazzetta dello Sport"un məlumatına görə, "Çelsi" Avropa Liqasının qalibi olsa belə, klubun sahibi Roman Abramoviç italyan mütəxəssisi istefaya göndərə bilər. Azarkeşlərin komandanın oyunundan narazı olması rus iş adamının fikirlərinə də təsirsiz ötüşməyib.

Sarrinin "Çelsi"dən ayrılacağı təqdirdə İtaliyaya qayıdacağı gündəmdədi. 60 yaşlı çalışdırıcının adı "Roma" və "Milan"la hallanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR