Sarri:

Sarri: "Ronaldu əvəzlənməsini normal qarşılasa, bir məşqçi kimi özümü narahat hiss edərdim"

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri "Milan"la matçın 55-ci dəqiqəsində Kriştianu Ronaldunu oyundan çıxarıb. Portuqaliyalı futbolçu meydanı tərk etdikdən sonra birbaşa paltardəyişmə otağına yollanıb.

Sarri mətbuat konfransında sözügedən əvəzləməyə və ardınca baş verənlərə münasibət bildirib:

"Kriştianunun dizində ağrılar var. Çətin vəziyyətdə olmasına baxmayaraq, bu gün əzm nümayiş etdirib meydana çıxdığına görə Ronalduya minnətdar olmalıyıq. Oynamaq üçün hər şeyi etdi. Amma oyunun gedişində özünü yaxşı hiss etmədiyini gördüm və Ronaldunu əvəzlədim.

Oyunçu meydanı tərk etdiyinə görə əsəbiləşirsə, bu, normaldı. Üstəlik, onun oynamaq üçün çox çalışdığını da nəzərə almaq lazımdı. Əlindən gələni edən və əvəzlənən futbolçu ən azı 5 dəqiqə əsəbi olur. Yox, əgər Ronaldu qərarımı normal qarşılasa, məyus olmasa, bir məşqçi kimi özümü narahat hiss edərdim".
 
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Lokomotiv"lə oynanılan matçda da Sarri Ronaldunu əvəzləmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR