Sarrinin

Sarrinin "Çelsi"dəki gələcəyi Avropa Liqasındakı nəticələrdən asılıdı

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri istefa təhlükəsi ilə üz-üzədi.

İngiltərənin "Telegraph" nəşri "zadəganlar" Avropa Liqasında mübarizəni dayandıracağı təqdirdə italiyalı mütəxəssisin istefaya göndəriləcəyini yazıb.
 
Sarrinin qarşısına mövsümün sonunda komandanı Çempionlar Liqasına çıxarmaq vəzifəsi qoyulub. Bunun üçün iki ehtimal var: komanda ya Premyer Liqanı ilk dördlükdə bitirməlidi, ya da Avropa Liqasının qalibi olmalıdı.

"Çelsi" Avropa Liqasının 1/16 finalında "Malmö" ilə qarşılaşacaq. Aktivində 50 xalı olan London təmsilçisi hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR