Sarrinin əvəzinə Lempard

Sarrinin əvəzinə Lempard

Yeni mövsümdən etibarən "Çelsi"ni Frenk Lempardın çalışdıracağı gözlənilir.

"Sky Sport Italia"nın jurnalisti Canluka Di Martsionun məlumatına görə, "zadəganlar"ın rəhbərliyi baş məşqçi Mauritsio Sarri ilə yollarını ayırmaq qərarına gəlib.

"Çelsi" cari mövsümdə Sarrinin rəhbərliyi altında Premyer Liqanı 3-cü pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqəni təmin edib. London klubu İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə məğlub olmuşdu. Bunlarla yanaşı, "Çelsi" mayın 29-da Avropa Liqasının finalında "Arsenal"la üz-üzə gələcək.

Frenk Lempardın rəhbərlik etdiyi "Derbi" Çempionşipdə pley-off finalında oynamaq haqqı əldə etib. Komanda "Aston Villa"nı məğlub edəcəyi təqdirdə Premyer Liqaya yüksələcək.

Qeyd edək ki, Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR