Sarrinin göstərişinə qarşı çıxan Arrisabalaqa meydanı tərk etməyib - VİDEO

Sarrinin göstərişinə qarşı çıxan Arrisabalaqa meydanı tərk etməyib - VİDEO

İngiltərə Liqa Kubokunun "Çelsi" və "Mançester Siti" arasında oynanılan final qarşılaşmasında maraqlı hadisələr yaşanıb.

Əlavə vaxtın sonlarına yaxın - penaltilər seriyası ərəfəsində "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa yüngül zədə alıb və baş məşqçi Mauritsio Sarri onu Villi Kabalyero ilə əvəzləmək qərarına gəlib. Stadionda dəyişiklik barədə anons yayımlanıb. Lakin ayağa qalxan və vəziyyətinin yaxşı olduğunu deyən Arrisabalaqa Sarrinin göstərişinə qarşı çıxaraq meydanı tərk etməkdən imtina edib. Nəticədə əvəzetmə baş tutmayıb.

Mauritsio Sarri ilk başda texniki zonanı tərk edib, meydandan uzaqlaşmağa çalışsa da, sonradan yerinə qayıdıb.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR