Sarrinin Ronaldu ilə bağlı planı

Sarrinin Ronaldu ilə bağlı planı

"Yuventus"un yeni baş məşqçisi Mauritsio Sarri hazırda istirahətdə olan Kriştianu Ronaldu ilə bir araya gəlib.

Görüş zamanı Sarri Ronalduya növbəti mövsümlə bağlı planlarından və onu hansı mövqedə oynatmaq istədiyindən bəhs edib.

"La Gazzetta dello Sport"un məlumatına görə, 60 yaşlı mütəxəssis ulduz futbolçuya hücumun mərkəzində şans vermək niyyətindədi. Sarrinin fikrincə, belə olan halda, Ronaldo mövsüm ərzində 40 qol limitini keçə bilər.

Qeyd edək ki, ötən mövsüm KR "Yuventus" forması ilə meydana çıxdığı 43 matçda 28 dəfə rəqib qapılarına yol tapmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR