"Şaxtyor"un baş məşqçisi "Zorro" oldu - FOTO, VİDEO

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Siti" ilə qarşılaşan "Şaxtyor"un baş məşqçisi Paulo Fonseka maraqlı addım atıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərin önünə "Zorro" geyimində çıxıb. Fonseka bununla verdiyi vədi yerinə yetirmiş olub. Oyundan öncə qələbə qazanacaqları təqdirdə məhz bu geyimdə mətbuat konfransına gələcəyinə söz verən mütəxəssis dediyini həyata keçirib.
 
Maraq və gülüşlərə səbəb olan bu hərəkəti ilə bağlı Fonseka "Bu həyatımdakı ən gülməli mətbuat konfransıdı. Hər kəs gülümsəyir və gülür" sözlərini işlədib.
 
 

 

Sport7.az

Xəbər lenti