"Səbail" apellyasiya şikayəti verdi: "Cavab gözləyirik"

"Səbail" İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verib.

Paytaxt klubu iki tur əvvəl "Sabah"la oyunda gecikmə səbəbindən cərimələnməsinə etiraz olaraq İntizam Komitəsinin çıxardığı qərarın dəyişdirilməsini tələb edib. Bu haqda məlumatı klubun mətbuat katibi Töhrə Əhmədova Sport7.az-a açıqlamasında bildirib: "Artıq apelyaysiya şikayəti vermişik və cavab gözləyirik. Yaxın günlərdə aydınlıq gələcək. Qərarın dəyişəcəyinə tam ümid edirəm".
 
İntizam Komitəsinin qərarına görə, Premyer Liqanın 17-ci turunun "Səbail” – "Sabah” matçında, meydan sahiblərinin səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb və bu üzdən "Səbail" 2400 manat cərimə olunub.
 
Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR