AFFA-dan

AFFA-dan "Səbail"ə qəribə cəza - Bunu da gördük

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 21-ci turunda yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul olunub.
 
03.04.2021-ci ildə Premyer Liqanın XXI turunun "Səbail” – "Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur. (maddə 64.1)
 
03.04.2021-ci ildə Premyer Liqanın XXI turunun "Səbail” – "Zirə” oyununda "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.04.2021-ci ildə Premyer Liqanın XXI turunun "Sabah” – "Qəbələ” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.04.2021-ci ildə Premyer Liqanın XXI turunun "Sabah” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.04.2021-ci ildə Premyer Liqanın XXI turunun "Neftçi” – "Sumqayıt” oyununda "Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR