"Səbail" dünya ulduzunu heyətinə qatmaq istəyir

"Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Sport7.az xəbər verir ki, bu haqda klub tərəfindən rəsmi məlumat verilib. Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş 36 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusuna malikdi. 

Peşəkar karyerasına Fransa "Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin "Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi "Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının "Real” və İtaliya nəhəngi "Milan”ın da şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR