"Sumqayıt"ın imtina etdiyi iranlı "Səbail"də - RƏSMİ

"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub Peyman Keşavarzı rənglərinə bağlayıb. 23 yaşlı iranlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 
 
Ötən ilin yanvarında Peyman Keşavarz "Sumqayıt”la 6 ay + 1 illik müqavilə imzalamışdı. Lakin sonradan onun Omanın "Yasan Al-Vaste” və "Göstəriş Fulad” komandalarında çıxış etdiyi müəyyənləşəndən sonra klub futbolçudan imtina edib. Beynəlxalq qaydalara görə bir futbolçu mövsüm ərzində maksimum 2 klubda çıxış edə bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR