"Səbail" rəsmisi: "Gözləmə mövqeyindəyik"

"Səbail" Mirabdulla Abbasovla bağlı "Neftçi" ilə danışıqlara davam edir.
 
Hazırda futbolçunun klubu ilə birillik müqaviləsi var. Bundan əlavə "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev saytımıza açıqlamasında Mirabdullanı heç bir kluba göndərmək fikrində olmadıqlarını söyləmişdi. Bəs "Səbail" nə düşünür? Hələ də Abbasovu almaq niyyətindədilər?

Məsələ ilə bağlı klubun mətbuat katibi Töhrə Əhmədova ilə əlaqə saxladıq. Töhrə xanım Sport7.az-a açıqlamasında qısaca bunları söylədi: "Hələ ki, onun klubu ilə danışıqlar aparılır. Gözləmə mövqeyindəyik. Rəsmi təklif göndərməmişik. Menecer vasitəsilə danışıqlar gedir".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR