"Səbail" 90-cı dəqiqədə məğlubiyyətdən xilas oldu - YENİLƏNDİ

Hazırlıqlarını Türkiyədə davam etdirən "Səbail" bu gün 3-cü yoxlama matçını keçirib.
 
Sport7.az xəbər verir ki, Bakı klubunun rəqibi Rumıniya təmsilçisi "Voluntari" olub. İlk hissədə iki qol vurulan qarşılaşmanın ikinci yarısında da eyni sayda qol olub. İkinci hissədə "Səbail" məğlub duruma düşsə də 90-cı dəqiqədə Mirsahib Abbasovun vurduğu qol sayəsində məğlubiyyətdən xilas ola bilib. 
 
Aftandil Hacıyevin komandası buna qədər Qazaxıstan təmsilçisi "Jetısu" (0:1) və Donetsk klubu "Olimpik"lə (1:3) qarşılaşıb.

Yoxlama matçı
 
17.00. "Səbail" - "Voluntari" (Rumıniya) 2:2
(Ruslan Hacıyev, 21, Mirsahib Abbasov, 90)
 
"Səbail"in start heyəti: Aleksandr Rıbka, Adil Nağıyev, Şəhriyar Rəhimov, Elçin Rəhimov, Ürfan Abbasov, Ruslan Hacıyev, Peyman Keyşevars, Maykl Essyen, Rahird Əmqirquliyev (k), Rauf  Əliyev, Fəhmin Muradbəyli 

"Miracle Resort" otelinin meydançası
 
Sport7.z

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR