"Səbail" üçün əlamətdar tur

Premyer Liqanın 2019/20 mövsümünə "Zirə” üzərində qələbə ilə başlayan "Səbail” yubiley uğuruna imza atdı.
 
Sport7.az xəbər verir ki, "ASCO Arena”da 1:0 hesabı ilə qalib gələn bakılılar ölkə çempionatlarının yüksək dəstəsində 10-cu ev qələbəsinə nail olub.
 
Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəlmişdilər. Yubiley qələbəsi "Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf etdi. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan "dənizçilər” bu göstəricidə "Ümid”ə (Cəlilabad) çatdı. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da "Neftçi” ilə matçda əldə etmişdilər – 1:0. Qeyd edək ki, Premyer Liqada ən çox ev qələbəsi qazanan komanda "Qarabağ”dır – 258.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR