"Səbail"də ŞOK, futbolçular bir-birinə "girdi" - FOTOLAR

"Səbail" - "İnter" matçında Samir Əliyevin komandasının futbolçuları mübahisə edib.

Sport7.az xəbər verir ki, "Səbail"in iki üzvü Elton Yaqublu və Mauda Jarjue insident yaşayıb. 

Buna səbəb hər iki futbolçunun sözlərinin çəp gəlməsi olub. Nəticədə Jarjue ilə Elton mübahisə edib, hətta, bir-birini itələyib. Yalnız ətrafdakıların müdaxiləsindən sonra aranı sakitləşdirmək və davanın böyüməsinin qarşısını almaq mümkün olub.

Baş hakim Ramil Diniyev bu hərəkətlərinə görə hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
 



 

Sport7.az

Xəbər lenti