"Səbail"dən ayrılan futbolçunun yeni klubu müəyyənləşdi

"Səbail"lə yollarını ayıran Eriko da Silvanın yeni klubu müəyyənləşib. 

Sport7.az "Digisport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Rumıniya klubu UTA ilə nüqavilə bağlayıb. "Sambaçı" Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib: "Ümid edirəm ki, istədiyimiz səviyyəyə çatacağıq. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm".

Daha əvvəl Rumıniyada "Universitatya Kluj", "Astra" və "Panduri"də çıxış etmiş müdafiəçi ölkəyə qayıtdığı üçün məmnun olduğunu vurğulayıb. 

Eriko da Silva 2019-cu ilin yayında "Səbail"ə keçib. UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR