"Səbail"in futbolçuları qruplar şəklində məşq keçəcək - AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından sonra artıq bir sıra klublarımızın məşq planları müəyyənləşib. O cümlədən "Səbail"in də proqramı hazırdı.

Klubun mətbuat xidmətinin rəhbəri Töhrə Əhmədova bu haqda Sport7.az-a açıqlamasında bildirib: "Bugündən məşqlərə başlamışıq. Amma mətbuat üçün qapalıdı. Yəni, çəkiliş, müsahibə, canlı yayım olmayacaq. Hələlik məşqlər zamanı futbolçular bir neçə qrupa bölünəcək. Ancaq bir müddətdən sonra adi məşq rejimi olacaq".

"Səbail"in sözçüsü futbolçuların koronavirus testindən keçdiyini də söylədi: "Əlbəttə, futbolçular testdən keçib. Tələb olunarsa yenə keçəcəklər. Stadion 2 dəfə dezinfeksiya olunub".

Klub rəsmisi futbolçuların müqavilələri ilə bağlı bunları söylədi: "Müqavilə məsələləri hələ müzakirə olunmayıb. Çünki bizdə müqaviləsi bitən futbolçuların sayı azdı. 2-3 günə bununla bağlı da məlumatlar olacaq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR