“Səbail”in kapitanı: “Bu vəziyyətə uyğunlaşmaq asan deyil”

“Səbail”in kapitanı: “Bu vəziyyətə uyğunlaşmaq asan deyil”

"Epidemiya və pandemiya daim olub, bundan sonra da olacaq. Belə vəziyyətlərdə təmizliyə və yediyimiz qidalara fikir versək, heç bir virus bizə yaxın dura bilməz”. 

Sport7.az xəbər verir ki. bu fikirləri "Report”a açıqlamasında "Səbail” klubunun futbolçusu Eltun Yaqublu koronavirus pandemiyası barədə danışarkən deyib. 

"Dənizçilər”in kapitanı bildirib ki, virusdan qorunmağa maksimum dərəcədə çalışır: "Özümü həm fizioloji, həm də psixoloji olaraq, bu virusdan uzaq tutmağa çalışıram. Əlbəttə, məşqlərə, oyunlara öyrəşmiş insanlarıq. Bu vəziyyətə uyğunlaşmaq elə də asan deyil. Amma hər şey ortadadır. Ölkəmizdə karantin rejimi tətbiq edilibsə, biz də əməl etməliyik”. 

Çempionatın dayandırılmasına münasibət bildirən 28 yaşlı müdafiəçi hazırda futbol yox, sağlamlıq barədə düşünməli olduqlarını söyləyib: "Fasilə həm məşqçilərin işini axsadır, həm də futbolçuların özlərinə gəlmələri və formalarını bərpa etmələrinə çətinlik yaradır. Əsas məsələ sağlamlığımız, ölkədəki sabitlikdir. Dua edək ki, həm ölkəmiz, həm də bütün dünya qısa müddətdə virusdan təmizlənsin. Bundan sonra bütün idman növləri zamanla bərpa olunacaq”. 

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və futbolçuları Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi yardım ediblər. E.Yaqublu "Siz də analoji addım atmağı düşünürsünüzmü” sualına belə cavab verib: "Bəli, mən də bu xəbəri mətbuatdan oxudum. Həqiqətən, çox gözəl addım atıblar. Sağ olsunlar, öz dəstəklərini əsirgəməyiblər. Açığı, mən hələ belə bir təşəbbüs göstərməmişəm. Amma klub olaraq hər hansı addım atılsa, inanıram ki, heç bir futbolçu geri çəkilməz”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR