"Səbail"in legioneri millinin düşərgəsinə yollanmaqdan imtina etdi

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun qvatemalalı oyunçusu Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə "lared.com.gt" məlumat yayıb. 
 
Xəbərə görə, 24 yaşlı qapıçı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir. Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.

Bu səbəbdən o, millinin heyətindən çıxarılıb. Əvəzində düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR