"Səbail" Polşa klubunu yendi

Antalyadakı təlim-məşq toplanışında olan "Səbail" bu gün son yoxlama oyununa çıxıb.


Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi Polşa "Korona"sı ilə üz-üzə gəlib.  "Səbail"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90-cı dəqiqədə "Səbail"in yeni transferi Hendrik Ekşteyn vurub.


"Səbail" bunadək indiki toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Bakı təmsilçisi Qazaxıstanın "Jetisu" komandasına 0:1, Ukrayna "Olimpik"inə 1:3 hesabı ilə yenilib, Rumınya "Voluntari"si ilə bərabərliyə razılaşıb - 2:2. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR