"Səbail"in sabiq futbolçusu İsveç klubunda

Qış fasiləsində "Səbail"dən ayrılan iranlı futbolçu Bəxtiyar Rəhmani İsveç klubu "Dalkurd"a keçib.

Sport7.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi ilə üçillik müqavilə imzalayıb. Keçidi ilə bağlı danışan təcrübəli oyunçu "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyevə və keçmiş komanda yoldaşlarına təşəkkür edib.

Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR