"Səbail"in sabiq futbolçusu Türkiyə Super Liqasında

"Səbail"in sabiq futbolçusu Faruk Miya karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sport7.az xəbər verir ki, Uqanda yığmasının üzvü Xorvatiyanın "Qoritsa” klubundan "Konyaspor”a keçib. Hücumameylli yarımmüdafiəçi 3 illik müqavilə imzalayıb. Miya yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Uqanda yığmasında 50-dən çox oyun keçirmiş Faruk, ölkəsinin "Vipers” klubunun yetirməsidi. O, Belçikada "Standard” və "Muskron” klublarında legioner həyatı yaşayıb. 2018-ci ildə isə Miya bir dövrəlik "Səbail”də də icarədə oynayıb. O, bu komandada 13 oyuna 2 qol vurub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR