"Səbail"in sözçüsü: "Rəsmi sayt 90 faiz hazırdı"

"Səbail" artıq 2-ci ildi Premyer Liqada çıxış etməsinə baxmayaraq, hələ də klubun rəsmi saytı yoxdu.

Bəs klub nə fikirləşir? Ümumiyyətlə "Səbail"in rəsmi saytının açılması gündəmdədimi? Maraqlıdı ki, klubun rəsmi saytının olmaması artıq sosial şəbəkələrdə də zarafat mövzusudu.

Bu üzdən klubun mətbuat katibi Töhrə Əhmədova ilə danışdıq. Töhrə xanım Sport7.az-a açıqlamasında bunları söylədi: "Sayt 90 faiz hazırdı. Elədi, axır vaxtlar bu barədə sosial şəbəkələrdə də yazırlar. Əvvəl də qeyd etmişdim, saytı yenidən yığmalı olduq. Hazırda kontenti yığırlar. Yaxın vaxtlarda klubun rəsmi saytı fəaliyyətə başlayacaq".

Sport7.az

Xəbər lenti