Səbuhi Məmmədov: "Buna görə mükafat da verilə bilər"

Səbuhi Məmmədov:
Kubokun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Sumqayıt"ı minimal hesabla yenən "Keşlə"nin finala çıxmaq üçün cüzi də olsa şansı var.
 
Təbii ki, komanda bu şansdan yararlanmaq üçün üstünlüyü saxlamalıdı. Bəs hazırlıqlar neçə keçir?
 
Bu sualımıza klubun mətbuat katibi Səbuhi Məmmədovdan cavab aldıq. Səbuhi bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
"Sumqayıt"la Premyer Liqa matçından sonra komanda 1 gün istirahət etdi. Artıq "İnter Arena"da məşqlərə başlanılıb. İtkilərə gəlincə, Cabir Əmirli ilə Murad Qayalı zədəlidi. Qalanları normaldı. Vərəqə cəzalısı yoxdu. Hazırlıqlar normaldı. Arxayınlıq hiss olunmur. Özləri də kimlə qarşılaşdıqlarını anlayırlar. Avroliqaya vəsiqə qazanmaq baxımından vacib oyundu. Arxayınlaşmaqdan söhbət gedə bilməz. "1:0" sürüşkən hesabdı, baxmayaraq ki, üstünlük var. "Sumqayıt" hər an qol vura bilər. Baş məşçqi də mətbuat konfransında məsələnin ciddiliyini bildirib.
 
Mükafat? Yəqin ki, müəyyən şeylər olacaq. Amma rəsmi qərar yoxdu. Təbii ki, "Sumqayıt"ı keçib finala adlasalar mükafat olmalıdı. Finala çıxmaq "Keşlə"nin mövsümdə uğurlarından biri olacaq. Buna görə mükafat da verilə bilər. Amma rəsmi nəsə yoxdu".
 
Sport7.az

Xəbər lenti