Səbuhi Məmmədov: "Rauf bizə lazımlı futbolçudu"

Səbuhi Məmmədov:
Artıq qış fasiləsi ilə bağlı planlarını bir sıra klublar tətbiq etməkdədi. 

Ancaq hələ ki, "Keşlə"də durğunluqdu. Klub hələ ki, transfer məsələlərində fəallıq göstərmir. Bu üzdən klubun mətbuat katibi Səbuhi Məmmədovla danışdıq. Məmmədov son yeniliklərlə bağlı Sport7.az-a açıqlamasında bunları söylədi:

"Ötən həftənin şənbə günündən başlamışıq. Komanda gündə 2 dəfə məşq edir. Səhər tezdən yüngül, dənizdə qaçış olur. Bakıxanov qəsəbəsindəki stadionda təbii ot örtüyündə məşq keçirlər. 

Baş məşqçi daxil, yeni transferlər, Vaqif, Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podia, hamısı məşqə qoşulub. Vaqiflə müqavilə bağlanılıb. Transfer pəcərəsi açılanda hamısı elan ediləcək. Kimlərin gedib-gəldiyi haqda məlumat veriləcək. Yeniliklərdən bir çeçen futbolçu da bizdə baxışdadı. Söhbət İdris Musliyevdən gedir. Çeçenistanda "Əhməd"də çıxış edirdi. Sonuncu klubu səhv etmirəmsə Nalçik "Spartak"ı olub. Orda icarə əsasında oynayırdı. 20 yaşlı, hündürboy müdafiəçidi. Eə toplanışa yığışandan məşq edir.

Rauf Əliyevin məsələsi qalıb. Danışıq aparılmır hələ ki. Amma o bizə lazımlı futbolçudu. Şərtlərlə bağlı necə danışacaqlar bunu rəhbərlik bilər. Yəqin ki, bu həftəyə məlum olar. Onunla danışılmalı, müqavilə imzalanmalıdı. 

Ayın 22-si axşam Türkiyəyə yola düşməliyik. Orda təbii ki, yoldaşlıq görüşü də keçiriləcək. Ukrayna "Karpatı"sı və "Rabotniçki" ilə yoldaşlıq görüşü olacaq. Digər rəqib isə tam dəqiqləşməyib. Bütün detallar tam dəqiqləşməyib deyə rəsmi məlumat verilmir. O dəqiqdi ki, 3 oyun keçiriləcək. Ayın 22-dən fevralın 22-nə qədər oynayacağıq. Həmin vaxta qədər Bakıda da hazırlıq keçəcəyik. "Zirə", "Neftçi" və "Qaradağ Lökbatan"la yoldaşlıq görüşləri olacaq. "Neftçi" ilə oyunun vaxtı dəqiqdi, ayın 14-ü. Hər hansı dəyişiklik olsa məlumat veriləcək".

Sport7.az

Xəbər lenti