Səbuhi Səfiyarlı: "Hamısı boş söhbətlərdi"

Səbuhi Səfiyarlı:
"Anortosis"də icarə əsasında oynayandan sonra "Kipr" təmsilçisindən ayrılan "Qəbələ"nin və yığmamızın üzvü Araz Abdullayevin "Neftçi"yə qayıdacağı barədə xəbərlər dolaşmaqdadı.

Bəs "Qəbələ" tərəfi nə düşünür? Komandanın rəisi Səbuhi Səfiyarlıdan sualımıza cavab almağa çalışdıq. Səfiyarlı Sport7.az-a açıqlamasında bunları söylədi:

"Araz Abdullayevlə bağlı heç nə yoxdu. Bunları jurnalistlər yazıb. Biz onu icarəyə vermişik. İcarə müddəti bitib, yenə də bizim futbolçu olaraq qalır. Onun "Qəbələ" ilə müqaviləsi var. Biz o adama keçən ilin iyun ayından maaş veririk. Kim nə deyir, nə edir hamısı boş söhbətlərdi. 

Onunla əlaqə saxlamışam. İstirahətdədi, gəzir özü üçün. İstirahətdə olanda biz ona cavabdeh deyilik. Komanda nə vaxt yığışsa ona da xəbər verəcəyik. Həmin vaxtacan kimsə Arazı transfer etmək istəsə o başqa. Olmasa komanda yığılanda qoşulacaq. Heç kim ona görə bizə müraciət etməyib".

Sport7.az

Xəbər lenti