Seçki Konfransının vaxtını İK müəyyənləşdirəcək

Seçki Konfransının vaxtını İK müəyyənləşdirəcək

AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixi dəqiqləşməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın dediyinə görə, bu barədə qərar İcraiyyə Komitəsinin (İK) iclasında veriləcək.


Sport7.az futbolinfo.az-a istinadən xəbər verir ki, dekabrda İK-nın bu il üçün yekun toplantısı olacaq. 2020-ci ilin ilk 3 ayı ərzində baş tutması gözlənilən Hesabat-Seçki Konfransının tarixini də məhz bu qurum müəyyənləşdirməlidi. İK bununla belə yekun qərarı verməlidi.


Xatırladaq ki, AFFA-da gözlənilən islahatlar üzündən Hesabat-Seçki Konfransının yaya – 4 oyunu Bakıda baş tutacaq Avro-2020-nin final mərhələsindən sonraya təxirə salınma ehtimalı var. Qurum marta kimi tələsik Konfrans keçirib daha 4 il vaxt qazanmaq istəyir. Lakin futbolun ölkəmizdəki bərbad durumu hamıya bəllidi. Bu üzdən hamı ciddi dəyişiklik arzusundadı. Bu səbəbdən Konfransda çox suallara aydınlıq gəlməlidi və tədbirin yaya saxlanması məsləhətlidi.

 

İK-nın eyni qərarı verəcəyinə ümid edirik.

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR