Səfir və konsul "Qarabağ"ın məşqində

Səfir və konsul
"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyunu öncəsi Ukraynada  məşqə çıxıb.
 
Sport7.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, Aleksey Butovski adına stadionda təşkil olunmuş hazırlıq prosesini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsulumuz Elşən Vəliyev də izləyib.

"Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış forma hədiyyə edib.
 
Sport7.az

Xəbər lenti