“Mançester Siti” şokda, “Yuventus” qələbə ilə 1/4 finalda - YENİLƏNDİ- YENİLƏNİR

“Mançester Siti” şokda, “Yuventus” qələbə ilə 1/4 finalda - YENİLƏNDİ- YENİLƏNİR
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində daha iki matç keçiriləcək. 

Sport7.az xəbər verir ki, hər iki görüş İngiltərədə baş tutacaq.

ÇL-də iddialılardan olan "Mançester Siti" "Bazel"lə ilk görüşdə qazandığı 4:0-lıq qələbədən sonra demək olar 1/4 finala vəsiqəni həll edib. Bu üzdən rahat oynayacaqlar. 

Doğma meydanda "Yuventus"la qarşılaşacaq "Tottenhem"i isə çətin imtahan gözləyir deyə bilərik. Səfərdə sərfəli nəticə əldə edən (2:2) londonlular bu görüşdə qapısını toxunulmaz saxlasa növbəti mərhələyə vəsiqə qazancaq. Ancaq "Yuventus"un da əsas namizədlərdən olduğunu nəzərə alsaq bu matçın maraqlı keçəcəyini düşünə bilərik. 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

7 mart

"Mançester Siti” (İngiltərə) – "Bazel” (İsveçrə) - 1:2

Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72

İlk oyun – 4:0


"Mançester Siti”: 1. Klaudio Bravo, 3. Danilo, 5. Con Stons, 8. İlkay Gündoğan, 14. Aymerik Laporte, 19. Leroy Sane, 20. Bernardo Silva, 33. Qabriel Jesus, 35. Aleksandr Zinçenko, 42. Yaya Ture, 47. Fil Foden

"Bazel”: 1. Tomas Vaçlik, 3. Leo Lakro, 5. Mixael Lang, 6. Fabian Fray, 7. Luka Zuffi, 17. Marek Suşi, 19. Dmirdi Oberlin, 20. Coffri Serey Day, 24. Muhammed Elyunussi, 25. Blas Riveros, 33. Kevin Bua


"Tottenhem” (İngiltərə) – "Yuventus” (İtaliya) - 1:2

Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65

İlk oyun - 2:2

 

"Tottenhem”: 1. Huqo Lloris, 2. Kieran Tripper, 5. Yan Vertogen, 6. Davinson Sancez, 7. Hun Min Son, 10. Harri Keyn, 15. Erik Dayer, 19. Musa Dembele, 20. Delle Alli, 23. Kristian Eriksen, 33. Ben Devis

"Yuventus”: 1. Canluci Buffon, 3. Corco Kyellini, 4. Medhi Benatia, 5. Miralem Pyaniç, 6. Sami Xedira, 9. Qonzalo İquayn, 10. Pablo Dibala, 12. Aleks Sandro, 14. Bleyz Matuidi, 15. Andrea Barzali


Sport7.az

Xəbər lenti