Şehiç A seriyasında?

Şehiç A seriyasında?
"Qarabağ”dan ayrılan İbrahim Şehiç karyerasını İtaliyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, bu mövsüm A seriyasına qayıdan "Parma” bosniyalı qolkiperin xidmətində maraqlıdı.

Şehiçin İtaliya klubunun maraq dairəsinə düşməsində orda çıxış edən həmyerlilərinin də böyük rolu var.

Qeyd edək ki, İbrahim Şehiç "Qəbələ” ilə oyundan sonra komanda yoldaşları ilə sağollaşaraq Bakını tərk etmişdi. Dünən isə klubun rəsmi saytı Şehiçlə müqavilə müddətinin artırılmayacağı ilə bağlı açıqlama yayıb.

Sport7.az

Xəbər lenti