Şehiç "Qarabağ"dan ayrı düşəcək

Şehiç
Futbol üzrə Bosniya və Herseqovina milli komandasının Belçika və Estoniyaya qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. 

Sport7.az
xəbər verir ki, baş məşqçi Mehmed Bajdareviç "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə də dəvət göndərib.

Şehiç oktyabrın 1-də "Qarabağ"ın "Zirə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra yığmanın düşərgəsinə yollanacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi Belçika ilə oktyabrın 7-də Sarayevoda, Estoniya ilə isə oktyabrın 10-da Tallində üz-üzə gələcək. 

Sport7.az

Xəbər lenti