Şehiç Tolqa Zenginə rəqib olacaq

Şehiç Tolqa Zenginə rəqib olacaq
"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç artıq İstanbula doğru yola düşüb.
 
Sport7.az xəbər verir ki, bosniyalı qolkiper bu gün günorta saatlarında bu şəhərdə "Ərzurumspor” rəsmiləri ilə danışıqları yekunlaşdıracaq.

Tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.

Türkiyə Super Liqasının debütantı "çərçivə”də rəqabət yaratmaq üçün daha bir qapıçıyla danışıqlar aparır. Onlar "Beşiktaş”da heyətə düşməyə çətinlik çəkən Tolqa Zəngini heyətə qatmağa çalışırlar.

Sport7.az
 

Xəbər lenti